13 Aralık 2018 Perşembe

İntibah dövrünün alimləri

loading...
        Ərəb xilafətinin dağılması ilə Azərbaycanda müstqil dövlətlər meydana gəldi. Şirvanşahlar, Sacilər, Səlarilər, Rəvvadilər, Şəddadilər və XII əsrdə meydan gəlmiş Eldənizlər (Atabəylər) dövləti intibah dövrünün Azərbaycan dövlətləridir. Hökmdarların elmi himayə etməsi nəticəsində bu dövürdə bir sıra dahi Azərbaycan alimləri yetişmişdir. Azərbaycan alimləri müxtəlif elm sahələri, o cümlədən, təbabət, fəlsəfə, astronomiya, tarix və coğrafiyanın inkişafında dünya elminin önündə gedirdi. Onlardan biri Böyük Mərkəzi Asiyaləlı alim İbn Sinanın tələbəsi olmuş Azərbaycan filosofu Bəhmənyar ibn Mərzban idi. Onun əsərləri bir çox Şərq və Qərb dillərinə tərcümə edilmiş, dünya fəlsəfi fikrinin inkişafında böyük rol oynamışdır. Bağdadda Nizamiyyə mədrəsəsində 40 ildən çox dərs demişdir. Fəlsəfə, dil, ədəbiyyat, məntiq elmləri sahəsində qiymətli əsərlər yaratmış alim Xətib Təbrizi islam dünyasında ədəbiyyatşünaslıq və dilçilik sahəsində ensiklopedik biliyə malik olmuşdur. İntibah dövrünün ən məhşur astronomu XII əsrdə yaşamış Fazil Fəriddin Şirvani olmuşdur. O, bütün ömrü boyu səma cismlərinin öyrənilməsi ilə məşğul olmuş, astronomiyaya dair bir sıra qiymətli cədvəllər hazırlamışdır. Buğdadın Nizamiyyə mədrəsəsində təhsil almış, Nişapur, Həmədan, Mərv şəhərlərində müxtəlif  elmi-ədəbi məktəblərində elmlə tanış olmuşdur. Gəncədə doğulmuş alim Ömər Gəncəvi dilçilik sahəsində qiymətli axtarışlar aparmışdır.
        XII filosof –alimi Eynəlqzzat Miyanəçi fəlsəfə elmi sahəsində nadir əsərlər yaratmışdır.

Hiç yorum yok:

Yorum Gönder