16 Aralık 2018 Pazar

Kiçik ixtiraçıların böyük ixtiraları

loading...
Amerikalı Frenk Epperson qışda bayırda qalmış bir stəkan limonadın onu milyonçuya çevirəcəyini ağlına belə gətirməzdi. Səhər 11 yaşlı Epperson buza çevrilmiş limonadı görmüş və “meyvəli buzun” ixtiraçısı olmuşdu. 




Fransız çəkməçinin 15 yaşlı oğlu Lui Brayl isə görmə əngəlli insanlar üçün xüsusi şrift yaradır və bu şrift onun şərəfinə “Brayl şrifti” adlandırılır. Lui atasının emalatxanasında çəkməçi bıçağına ilişib yıxılmış və beş yaşında görmə qabiliyyətini itirmişdi. Lakin Lui öz ixtirasının köməyi ilə oxumağı öyrənmişdi. Dünya hələ də bu ixtiradan istifadə edir. 

12 yaşlı Benjamin isə balıq üzgəclərini xatırladan iki qəribə əşya ilə çimərlikdə peyda olur. Ətrafdakıların istehzalı gülüşlərinə baxmayaraq, Benjamin suya atılır və hamıdan daha sürətli üzür. Beləliklə, üzgüçülük üçün ilk lazımi əşya yaranmış olur. 

Franklin 15 yaşında dünyaya növbəti bir yeniliyi – yellənən kürsünü bəxş edir. Bununla da, onun doğum tarixi, 17 yanvar - Uşaq İxtiraları Günü kimi tarixə düşür. Uşaq İxtiraları Günü, dünyaya meydan oxuyan və müşkül məsələlərin böyüklərdən daha yaxşı həllini tapmağı bacaran bütün uşaqları bir araya gətirən gündür.

Hiç yorum yok:

Yorum Gönder