16 Aralık 2018 Pazar

Layka: Kosmosa uçan ilk heyvan

loading...
Layka (1954 — 3 noyabr 1957) — Yerətrafı orbitə çıxan ilk heyvan və Sovet kosmos iti olub. Adi küçə iti olan Layka kosmosa gedən ilk canlılardan biri idi. O, 1957-ci il noyabrın 3-də Sputnik 2 adı altında kosmosa göndərilən R-7 raketinin sakini kimi seçilmişdi. Kosmosa göndərilən vaxt onun təqribən 2 yaşı var idi. Layka ilk kosmonavt oldu. Yalnız fizioloji səbəblərə görə deyil, həmçinin digərlərindən xüsusən sakit xarakteri ilə seçildiyi üçün... Yüksək bacarıqı və xaşagələn görüntüsü onu ictimaiyyət üçün bu qədər maraqlı bir fiqura çevirdi. 

2008-ci il 11 apreldə Rusiya rəsmiləri Laykaya həsr edilən abidəni açdılar. Laykanın şərəfinə abidə kosmosa uçuşu hazırladığı Moskvada hərbi araşdırma təsisi yaxınlığında inşa edildi. Abidə də roketin üstündə duran bir iti təsvir etmişdir. O, Moskvada Kosmosu fəth edənlər abidəsində də yer alır. Laykaya Rusiyanın Ulduz şəhərində abidə və lövhə qoyulub. 1997-ci ildə yaradılan abidədə Laykanın qulaqları kosmonavtların arxasında inşa olunub.

Laykanın 1957-ci ildə kosmosa səfəri sovet alimlərinə kosmik gəminin tikintisində olan çatışmazlıqları aşkarlamağa və sonra orbitə daha 2 iti göndərməyə imkan verib. Layka böyük ehtimalla R-7 raketi ilə itin olduğu bölmənin ayrılması zamanı meydana gələn bir qəza nəticəsində temperaturun həddən artıq yüksəlməsi ilə uçuşdan sonrakı bir neçə saat ərzində həyatını itirib.

Heç vaxt göstərilməsə də Layka 1985-ci ildə çıxan "Mənim it kimi" həyatım filmində qeyd olunur. Filmdə əsas xarakter
(1950-ci illərin sonlarında gənc bir İsveçli oğlan) it ilə güclü şəkildə əlaqə qurur. 2007-ci ildə Nik Abadzis tərəfindən yaradılan Layka qrafik romanında itin uydurma həyatından bəhs edir və Eisner mükafatının "Gənclər üçün ən yaxşı nəşr" kateqoriyasında qazanıb.

Hiç yorum yok:

Yorum Gönder