15 Aralık 2018 Cumartesi

Marsda ilk selfi çəkildi

loading...
ABŞ-ın bir qədər əvvəl Marsın səthinə uğurla enən planetlərarası “Mars İnsight” stansiyası planetin səthində ilk dəfə selfi edərək fotoları Yerə göndərib.

İxtiralar.com xəbər verir ki, bu barədə NASA informasiya yayıb.

Fotoda Marsın səthinə enən aparatın günəş panelləri və korpusu, həmçinin araşdırma zamanı istifadə olunan bir sıra alətlər müşahidə olunur. Sözügedən foto 52 hissədən ibarət olub. Bu cür ətraflı foto alimlərə “Mars İnsight” aparatının alətlərini düzgün yerləşdirmək imkanı yaradıb. Belə ki, mütəxəssislər alətlər quraşdırılan bölgədə 1.3 santimetrdən böyük daşların olmamasını istəyir. Çünki eniş zamanı NASA-nın Mars komandası daşların az olması səbəbindən xüsusən Elizium bölgəsini seçib.

Aparat ətraf mühitin fotolarını göndərdikdən sonra alimlər eniş nöqtəsinin gözləniləndən daha artıq tələblərə cavab verdiyinin şahidi olub.

Hiç yorum yok:

Yorum Gönder