15 Aralık 2018 Cumartesi

Misirdə 4 min illik firon məzarı tapıldı

loading...
Misirin Əl-Uksur mahalında Nil çayının qərb sahilində dörd min il yaşı olan firon məzarı tapılıb.

İxtiralar.com Kult.az-a istinadən xəbər verir ki, bu barədə Misirin Tarixi Əsər Nazirliyi informasiya yayıb.

Məzarın tanrı Amonun arvadı Mutun məbədində mumiyalamaq işlərinə nəzarət edən din adamına məxsus olduğu bildirilib. Məzarın divarlarında bəzi ailə üzvlərinin adları yazılıb, 2 tabut və 2 heykəl tapılıb.

Bundan əlavə Amon məbədində çalışan Huril adlı bir şəxsin də mumiyası aşkar edilib.

Hiç yorum yok:

Yorum Gönder