16 Aralık 2018 Pazar

Ölçünün yaranması haqqında

loading...
Ölçünün yaranışı haqqında çox az məlumatımız var. Onlar çox qədimdə yaranıblar. Birinci məktub yazma qaydası Mesopotamiyada tapılıb və özündə birinci ölçü vahidini əks etdirir. 

 Xətkeşlə tərəzi daşını təsvir edənlərin adları bizlərə çatmadı və heç kim ilk ölçü vahidinin hansı xalq tərəfindən yarandığını dəqiq deyə bilməz. Ölçü vahidinin yaranışı haqqında hələ dəqiq məlumatı əldə etmək üçün əsrlərin dərinliyinə səyahət edəcəyik.

 Çox güman ki, insanlar əvvəlcə məsafəni qiymətləndirməyə başlayıb, amma bunun üçün dəqiq məsafə ölçüsü olmayıb. Bu cür məsafəni ölçə bilməyən tək-tük sadə adamlar bəzi yerlərdə bizim bu günümüzə qədər də qalıblar. Hindular (Amerikanın ilk yerli tayfalarına verilən ad) və başqa millətlərdə məsafəni gündüzün keçidiylə ölçürdülər. Finlərin ölçü vahidi “penikuluma” idi. Bu məsafə təxminən 10 km-ə bərabər idi. Bu məsafədə qədim suomi-ovçuları itlərin hürməsini eşidirdilər. Tibetlilərdə məsafə ilə müəyyən edilən yol ölçüsü dəbdə idi. Bu məsafəni qət etdikdə içilməsi mümkün olan bir fincan qaynar çay soyumalıydı. Bu da ölçünün bir növü idi.

Yavaş-yavaş (150-200 min il ərzində) insanlar yaşadıqları torpağı öyrənmişlər. Tədricən ovçular tayfası heyvandarlığa keçdi, yığıcılar əkinçiyə çevrildi. Sənətkarlar görünməyə başladı. Ox atmaq üçün daha dəqiq ölçüyə zərurilik yarandı. 

Daşma zamanı çayların lili torpağı gübrələdiyi üçün onların ətraflarında
ən qədim əkinçilik mədəniyyəti yaradılmışdır. Dəclə, Fərat, Nil, Xuanxe və Qanq çaylarının vadilərində yüksək məhsuldarlıq əhalinin bir hissəsini kənd təsərrüfatı işlərindən azad etdi və başqa peşələrlə məşğul olmağa imkan yaratdı. Öz məhsulunu hesablamaq üçün əkinçiyə ölçü tutumu lazım idi. Suvarma kanallarını və əkin ərazisini ölçmək üçün, daşqın sularının səviyyəsini qeyd etmək üçün uzunluq ölçüsü vacib idi. Peşəkarlar ölçü vahidinə ehtiyaclıydılar. Tənasübü bilmədən toxumaq, ölçünü bilmədən dəmiri əritmək, tikinti işi ilə məşğul olmaq mümkün deyildi. Ölçü vahidinin nə vaxt ixtira olunmasını təsvir etmək çətin olsa da, onun necə yaranışı bizim bu günümüzə qədər davam edir. Evdə hazırlanan peçenyenin üsulu: 2 yumurta, bir stəkan şəkər tozu, 200 qram marqarin, 8 xörək qaşığı un, çay qaşığının dörddə bir hissəsi qədər çay sodası. Bu ölçü vahidləri şirniyyat hazırlayan evdar qadınlara aydındır. Bir stəkan, xörək qaşığı, çay qaşığı. Tək marqarin qram ölçüsündədir. Bu da millilitr və qramın hakim olduğu əsrdə. Görünür ki, qədim zamanda məişətdə rahat və xüsusi ölçü alətləri tələb etməyən əldəqayırma ölçü vahidi olmuşdu. Ölçü vahidləri o qədər sadə idilər ki, əsrlərdən keçib, indi də düşünmədən onlardan istifadə edirik. İndi də əşyanın ölçüsünü dəqiq bilmək üçün, yaxınlıqda metrə yoxdursa, biz əl barmaqlarımızı geniş açmaqla müəyyənləşdiririk. Bu zaman baş barmaqla orta barmağı geniş araladıqda arasındakı məsafə qədim ölçüylə “beş” olur. Evdar qadınlar yağlı ət aldıqları zaman deyirlər: “Piyi üç barmaq qalınlıqda idi”. “Barmaq” qədim ölçü vahididir. Balıqçı heç vaxt deməz ki, 350 mm uzunluqda balıq tutdum. O, balığın ölçüsünü əl vasitəsi ilə göstərir. Yəni bir əli dirsəkdən aşağı, digər əli aşağı-yuxarı aparmaqla müəyyən edilir. Ölçü sərhəddi dirsəyə qədərdir. “Dirsək” qədim ölçü vahididir.

Müasir zamanda da qədim çinlilərin, romalıların etdikləri kimi məsafəni ayaqları bir-birinin üzərində cütləyərək ölçürdülər. Beləliklə ölçü vahidi yarananda insanlara əl, barmaq, addımın uzunluğu, geniş açılmış əl barmaqlarının arasındakı məsafə və pəncə köməklik edirdi. Orta və qədim əsrlərdə bunların içində “dirsək” ən yaxşı ölçü hesab edilirdi. Uzun müddət bu ölçü Aralıq dənizi ölkələrində: Misir, Vavilon, Qədim Yunan, Roma, Kiçik Asiyada və Yaxın Şərqdə əsas ölçü vahidi kimi sayılırdı. Sonradan bu ölçü vahidinin dövlətlərə səyahəti başlandı: bu ölçü ticarət əlaqəsi olan əzəmətli dövlət olan Vizantiyada, Qərbi Avropada və Rusiyada da uyğunlaşdı, ərəb dünyasını fəth etdi, Atlantidanı üzüb, Latın Amerikasında məskunlaşdı.

Hiç yorum yok:

Yorum Gönder