16 Aralık 2018 Pazar

Şəffaf dəniz xiyarı

loading...
"Enypniastes" dəniz xiyarının dərinliklərdə yaşayan bir cinsidir. Nadir görünüşünə görə başsız toyuq balığı, başsız toyuq qulyabanisi, ispan rəqqası, üzən dəniz xiyarı (headless chicken fish, headless chicken monster, Spanish dancer, swimming sea cucumber) kimi adları var.

Bədənin ön və arxa hissəsində şəbəkələşmiş üzmə mexanizmi inkişaf etmişdir. Bu mexanizm onlara okeanın 1000 m dərinliklərinə qədər enməyə imkan verir. Bu dəniz xiyarı canlısı 11-25 sm uzunluğunda olur. Onların yumru soğanağa bənzər bədəni, çəngəlvari toxunqacları və öndə böyük yelkən funksiyası daşıyan üzgəci var.


İşıldaböcəklər kimi bədənlərinə parlaqlıq verən Biolüminesensia (bioluminescent) adlanan maddə varki, bu da dənizlərdə yaşayan orqanizmlər arasında geniş yayılmışdır. Bu imkana malik orqanizmlərə bakteriyalardan başlayaraq balıqlara qədər müxtəlif sistematik qruplar arasında rast gəlinir. Onlar okeanın bentik ərazi (bentik bölgə dəniz ekosistemlərində sahildən başlayıb, ən dərin çuxurlara qədər olan bütün dəniz dibini əhatə edən ərazidir) adlanan hissəsində yaşayırlar. Bu dəniz xiyarları həyatlarını suda keçirib, yalnız yemək yeyəndə dəniz səthinə toxunurlar. Bədənləri şəffafdır. O qədər şəffafdır ki, bağırsaq sistemi görünür. Yemək yedikdən sonra bu daha da gözəçarpan olur. İlk dəfə
cənub sularında 2018-ci ilin oktyabr aylarında görülüb. Belə ki, ətraf mühit və enerji idarəsinin Şərqi Antarktida sularına yerləşdirilmiş kamerasına canlının bir şəkli düşmüşdür. "Enypniastes" dəniz xiyarı su dibindəki çöküntülərlə qidalanır. Tam doyması üçün sadəcə 64 saniyə vaxt lazımdır. Toxunqacları vasitəsilə yeməyi ağzına qoyur. Onların bilinən iki növü var: Enypniastes eximia (Çəhrayı dəniz xiyarı) və Enypniastes globose.

Hiç yorum yok:

Yorum Gönder