15 Aralık 2018 Cumartesi

Şüşənin ixtirası

loading...
     E.ə. IV minillikdə misirlilər şüşə istehsal etməyə nail oldular.

     Məhşur dəniz səyyahları sayılan finikiyalılar növbəti dəfə qumlu sahilə çıxıb tonqal qalamışdılar. Çörəklərini yedikdən sonra onlar sönmüş tonqalın yerində parlaq madddə gördülər. Bu şüşə idi. Sonradan məlum oldu ki, daş duz (şora) ilə təmiz sahil qumunun qarışığını çevrilir.

     Şüşənin vətəninin Misir,İkiçayarası,Qafqaz olduğunu hesab edənlər də var. Lakin ən qədim şüşə nümunəsi Misirdə tapılmışdır. Arxeoloqlar həmin şüşə muncuğu miladdan öncə IV minilliyə aid edirlər.Sübut olunmuşdur ki,miladdan öncə 2800-cü ildə Misirdə rəngli şüşədən (qlazurdan) istifadə edilmişdir.

     Azərbaycanda da şüşə istehsalı qədim tarixə malikdir. Lakin arxeoloji qazıntılar nəticəsində tapılmış şüşə məhsullarının tarixi miladdan öncə I minilliyin başlanğıcndan o tərəfə keçmir.Şüşə istehsalı çətin başa gəldiyi üçün ondan ilk vaxtlar bəzək əşyası kimi istifadə olunmuşdur.

     Şüşənin xəlitəsini almaq üçün şüşə qumuna (kvars qumuna) təbii soda, müəyyən miqdarda metal oksidin tozu və ağac külü qatırdılar. Metal tozunun müxtəlifliyi və bişirilmə temperaturu, adətən, şəffaf olan şüşənin rənginə təsir edir. Mis oksid şüşəyə göy-yaşıl, marqanes tozu-bənövşəyi və yaxud tünd-qəhvəyi, sürmə və qurğuşun tozu-sarı, qalay tozu-süd rəngi, kobalt oksid tozu göy rəng verir. Sonuncu şüşə növü Qafqaz üçün daha səciyyəvi olmuşdur. Azərbaycanın indiki Daşkəsən bölgəsindəki kobalt yataqları bütün Şərqdə məhşur idi.

     Şüşə qab hazırlamaq sahəsində əsasən, iki üsul məlumdur:
1)ərintini qəliblərə tökmə üsulu; 2)ərintini boru ilə götürüb üfürmə üsulu.Bunlardan birincisi daha qədimdir.Qəlibə tökmə üsulu miladdan öncə III minillikdə Misirdə geniş tətbiq olunmuşdur.Üfürmə üsulu isə miladın başlanğıcında İsgəndəriyyə şəhərində kəşf edilmişdir.

     Qəlibdə hazırlanmış ən qədim üsulu mütəxəssislər belə təsvir edirlər:gil və qumun qarışığından qəlib hazrlanır,qəlibin üstünə duru şüşə kütləsi sap şəklində dolandırılır və daş lövhə üstündə irəli geri diyirləndirilir.Şüşə hamarlanaraq qəlibin qabığı halını alır.Sonra qəlib oyularaq şüşə qabdan çıxardılır.Belə şüşə qabların üst səthi hamar,içərisi isə bir qədər kələ-kötürlü olurdu.

     Üfürmə üsulu naxış müxtəlifliyi üçün daha çox imkan yaradırdı.Qəlibdəki naxışlar ona üfürülən şüşədə öz əksini tapırdı.Ən sonuncu üsul isə adi üfürmə üsuludur.Bu üsul bizim dövrümüzə qədər başlıca üsul olaraq qalmaqdadır.Üfürmə üsulu özü də iki formada icra olunur:sadə üfürmə və formaya üfürmə.Şüşə istehsalı ustadan böyük təcrübə və cəldlik tələb edir.Şüşə qaynar ikən tez formalaşdırılmalı və tədricən soyudulmalıdır.Bir sözlə usta şüşə kütləsinin “dilini” bilməlidir.Xəlitənin tərkibinin düzgün süçilməsi,saflığı,ərimə səviyyəsi,qabı formalaşdırmaq bütün dəqiqliyi ilə icra olunmalıdır.Əks halda məhsul zay ola bilər.

     Şüşə həmişə insanların həyatında mühüm yer tutmuş,bu gün də tutmaqdadır.







Hiç yorum yok:

Yorum Gönder