16 Aralık 2018 Pazar

Tarixdə pilot vəsiqəsi alan ilk İT

loading...
İngilis Labrador cins iti Kelli, uçuş şəhadətnaməsini alan dünyada ilk it oldu. Sahibi Qrem Mauntford ilə birlikdə, it 250 saata qədər uçuşa imza atıb. İtin sahibinin sözlərinə görə, planetdə uçuş təcrübəsi 50 min kilometr olacaq başqa bir it yoxdur. 

 Hazırda Kelli rəsmi olaraq ikinci pilot olmağa haqq qazandı. Ona müvafiq sertifikat verildi. 

Qrem Mauntford ilk dəfə sevimli itini 12 həftəlik olan zaman uçuşa götürmüşdü. İndi Kelli üç yaşındadır və bu müddət ərzində səmada yetərincə vaxt keçirmişdir.

Kelli, Kornuel, Uels və ən uzaq Şotlandiya adalarında olan bölgələrdə müxtəlif ölçülü hava limanlarında enişlərdə iştirak etmişdir . İtin özünün şəxsi dəbilqəsi və kəməri belə var. 

Hiç yorum yok:

Yorum Gönder