14 Aralık 2018 Cuma

Yapon alimləri ilkə imza atdılar - Parkinson fərqli üsullarla müalicə ediləcək

loading...
Yapon tədqiqatçılar qrupu Parkinson xəstəliyinin müalicəsinin tapılması istiqamətində mühüm uğura nail olduqlarını elan ediblər.

Eurasia Diary xəbər verir ki, qrup üzvləri ilk dəfə iPS hüceyrələrini uğurla xəstənin beyninə yerləşdirə biliblər.

Qrupun rəhbəri Kioto Universitetinin professoru Ryosuke Takahaşi deyib: “Biz xəstənin beyninə ilk transplantasiyanı uğurla həyata keçirdik. O, indi özünü yaxşı hiss edir”.

Universitet əməkdaşlarının bildirdiyinə görə, onlar ötən ay misli görünməmiş əməliyyat ediblər. Bu əməliyyat zamanı 2,4 milyon iPS hüceyrəsi yaşı 50-dən yuxarı olan xəstənin beyninə yerləşdirilib.

Əməliyyatın məqsədi Parkinson xəstəliyinin əsəb hüceyrələrinə mənfi təsirinin qarşısını kəsməkdir.

Tədqiqatçılar qrupu uzaq gələcəkdə bu müalicə üsulunu Yaponiya tibbi sığorta sistemi çərçivəsində həyata keçirmək niyyətindədirlər

Hiç yorum yok:

Yorum Gönder