18 Aralık 2018 Salı

“Zaman maşını” düzəltməyin yolu tapıldı

loading...
ABŞ-ın Massaçusets Universitetinin alimləri insanın keçmişə səyahət etməsinə imkan verən zaman maşınını düzəltməyin nəzəri baxımdan mümkün olduğu fikrinə gəliblər.

Eurasia Diary xəbər verir ki, bu haqda press-reliz “Science Alert” jurnalında dərc olunub.

Alimlərin fikrincə, belə bir aparatı “iki çılpaq sinqulyarlıq” vasitəsilə hazırlamaq olar.

Nisbilik nəzəriyyəsi spesifik şərtlərdə səbəb-nəticə prinsipinin pozulmasına əngəl olan qapalı zamanabənzər əyrilərin mövcudluğunu mümkün hesab edir. Təbiət zamanda səyahətlə bağlı paradoksların meydana gəlməsinə imkan verməsə belə, fiziki sistemdə mənfi kütləli ekzotik materiyanın olduğu şəraitdə “zaman ilmələri” ərsəyə gələ bilər. Hələlik kainatda belə “zaman ilmələrinin” mövcudluğu aşkarlanmayıb.

Yeni araşdırmada fiziklər, bəzi istisna hallarda “zaman ilmələrinin” ekzotik materiya olmadan belə formalaşmasını mümkün sayır. Bunun üçün
fövqəluzun iki ox arasında sinqulyarlığın (hədsiz sıxlıq, temperatur və təzyiqi olan nöqtə) olması şərtdir.

Müasir elmi fərziyyələrə görə, “sinqulyarlıqlar” qara dəliklərin mərkəzində olur. Ancaq belə olan halda onlar hadisələr üfüqü ilə bağlı olmalıdır. Belə olan halda oxlar arasında qapalı zamanabənzər əyrilər meydana gəlir.

Hiç yorum yok:

Yorum Gönder