15 Ocak 2019 Salı

Kainatımızın əkizi var - Paralel dünyada vaxt əks istiqamətdə axır

loading...
Bizim kainatımız zaman ölçüsü oxu ilə Böyük Partlayışın baş verdiyi andan tərs istiqamətdə hərəkət edən və anti-materiyadan qurulan paralel dünyanın bir "güzgüsü" ola bilər.
İxtiralar.com BBC-yə istinadən xəbər verir ki, Kanadanın Nəzəri Fizika İnstitutu alimlərinin təklif etdiyi bu inqilabi nəzəriyyə fantastik görünsə də, müasir elmdə izahı tapılmayan bir neçə paradoksu həll etməyə imkan edir.
Yeni modelə görə, Böyük Partlayış zamanı iki "simmetrik" kainat əmələ gəlib. Biri - bizim yaşadığımız kainatdır, burada vaxt gələcəyə doğru axır, "güzgü təzviri" olan digər kainatda isə vaxt geriyə, keçmişə axır, başqa sözlə, biz gələçəyə irəliləyirik, əkiz kainat isə - keçmişə.
Kanadalı fiziklər yeni nəzəriyyənin bir çox detallarını hələ dəqiqləşdirməlidirlər, buna baxmayaraq, onların hesablamalarında hansısa bir ciddi ziddiyyət aşkar edilmədiyindən, kanadalıların məqaləsi Amerika Fizika Cəmiyyətinin elmi jurnalında dərc olunub.
Hazırda qüvvədə olan nəzəriyyəyə əsasən, bizim kainatımız - fəza, zaman və kütlə/enerji - Böyük Partlayış nəticəsində yaranaraq o andan bəri artıq 14 milyard ildir ki, genişlənməkdə və soyumaqda davam edir.
Kainatın xüsusiyyətlərini və təkamül modelini Eynşteynin Ümumi nisbilik nəzəriyyəsi və Standart Modelə əsaslanan kosmologiya elmi öyrənir.
Lakin bu nəzəriyyələrdən heç biri,
məsələn, kainatın görünən hissəsində maddənin bu dərəcədə çox, antimaddənin isə bu qədər az olduğunu izah edə bilmir. Lakin, nəzəri götüründə, onlar bərabər miqdarda olmalıdır.
Kainatın Barion asimmetriyası adlı bu paradoksu aradan qaldırmaq üçün qaranlıq maddə və qara dəlik kimi obyektləri təsbit edən bir neçə fərziyyə təklif olunub.
Kanadalı alimlərin təklif etdiyi izahat isə daha sadədir və mövcud nəzəriyyələri pozmadan bütün müşahidə olunan hadisələri izah etməyə imkan verir.
Yeni modeldə Böyük Partlayış baş verən an simmetriya nöqtəsi sayılır və həmin nöqtəyə nisbətən kainat və anti-kainat zaman məkanında əks istiqamətdə hərəkət edir.
Alimlər qeyd edib ki, anti-kainat bizimə kainata çox oxşasa da, kvant qeyri-müəyyənliyi prinsipinə uyğun olaraq, birə-bir sürəti deyil.
Bu haşiyə fizikləri mürəkkəb fəlsəfi suallardan xilas etmiş olur - məsələn, iradə azadlığı ilə bağlı sualdan. Belə olmasa, onda paralel kainatda baş verən hadisələr bizim kainatımızda təkrar olmalı və bunun əksi olmalıdır, yəni, kainatımızda baş verənlər paralel kainatda "güzgülənməlidir".

Hiç yorum yok:

Yorum Gönder