14 Ocak 2019 Pazartesi

Məşhur nobel mükafatçısı fəxri adlardan məhrum edildi - SƏBƏB

loading...
ABŞ-da onkologiya, neyrobiologiya, bitki genetikası, genomika və bioinformatika sahəsində tədqiqatlarla məşğul olan “Cold Spring Harbor” laboratoriyası Nobel mükafatı laureatı, DNT-ni kəşf etmiş bioloq Ceyms Uotsonu fəxri adlardan məhrum edib.
Eurasia Diary “RİA Novosti”yə istinadla xəbər verir ki, alimin fəxri adlardan məhrum edilməsinə səbəb onun müxtəlif irqlərin nümayəndələrinin intellektual qabiliyyətlərinin qeyri-bərabər olması barədə söylədikləri olub.

Bildirilir ki, 90 yaşlı professor PBS teleşirkətinin çəkdiyi, yanvarın 2-də efirə çıxmış sənədli filmdə dediyi sözlər “Cold Spring Harbor” laboratoriyasının əməkdaşlarını hiddətləndirib. Onlar bildiriblər ki, doktor Uotsonun söylədikləri pislənilməyə layiqdir, bu fikirlər elmi dəlillərlə təsdiq edilmir və “laboratoriyanın mövqeyini əks etdirmir”.
Nəticədə Ceyms Uotson fəxri qəyyum, Oliver Qreys adına əməkdar professor və əməkdar rəhbər adlarından məhrum edilib.
Ceyms Uotson müasir biologiyanın və genetikanın banilərindən biri hesab edilir. 1953-cü ildə o, iki həmkarı ilə birlikdə DNT molekulunun quruluşunu kəşf edib. Bu kəşfə görə 1962-ci ildə həmin alimlər fiziologiya və təbabət sahəsində Nobel mükafatına layiq görülüblər.

Hiç yorum yok:

Yorum Gönder