12 Şubat 2019 Salı

Azərbaycan alimləri yeni velosiped yaradıblar

loading...
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Oktay Salamov və "Azalternativenerji" Məhdud Məsuliyyətli Cəmiyyətinin Baş mexaniki, texnika üzrə fəlsəfə doktoru Əlisgəndər Salamov yeni tam ötürməli velosiped modelinə patent əldə ediblər (Avrasiya Patent Təşkilatı - seriya nöm: 030801).
İnstitutdan Trend-ə verilən məlumata görə, Azərbaycanın ümumilikdə ixtiraçı alimlərinin iki təkərli tam ötürməli velosiped işlənməsi üzrə ilk işi olan sözügedən velosipeddə arxa və qabaq təkərlərin hər biri ayrı-ayrılıqda və eyni zamanda aparıcı təkər funksiyasını icra edə bilir.
Öz sinfində (tam ötürməli velosipedlər) yeni texniki göstəricilərin cəmləşdiyi bu velosiped modeli səkkiz fərqli ötürmə ədədinə malik sürətlər qutusu və sürət dəyişən mexanizmlə təchiz olunduğundan, şəraitdən asılı olaraq həm tam ötürməli, həm də düz yol şəraitində ən yüksək nəticələrə və sürətə malik adi ötürməli idman velosipedi kimi istifadə oluna bilər.
Qeyd edək ki, sözügedən velosiped modeli patentləşdirilsə də, hələki ilkin sınaq versiyası hazırlanmamışdır.

Hiç yorum yok:

Yorum Gönder