23 Şubat 2019 Cumartesi

Dünyanın ən ağıllı 10 adamı: Siyahıda bakılı da var

loading...

Əlbəttə, insan ağlını ölçmək üçün konkret meyar yoxdur. Amma hər halda, hansısa ölçü vahidi olmalıdır. Məsələn, IQ ən uyğun variant sayıla bilər.
Manevr.az IQ səviyyəsi hamıdan yüksək olan 10 nəfərin siyahısını təqdim edir:

1. Terens Tao (230)
Bu Avstraliya vətəndaşı hələ 2 yaşı olanda erudisiyasını göstərməyi bacarmışdı. Terans riyazi hesablamanın öhdəsindən gəlmişdi. Hətta yaşıdına da başa salmağa çalışmışdı. Mənşəcə çinli olan Terans 5 yaşı tamam olanda ingiliscə səbəst danışırdı, çətin riyazi məsələləri həll edirdi. O, riyaziyyatı lap erkən yaşlarından sevdi, tez-tez leksiyalarda görünməyə başladı. 12 yaşından olimpiadalarda iştirak edirdi. Artıq mürəkkəb diferensial tənliklərin öhdəsindən gəlirdi, nömrələrin analitik nəzəriyyəsini öyrənməyə başlamışdı. Terans 20 yaşında Kaliforniya Universitetinin professoru oldu, doktor dərəcəsi aldı.

Sonradan Los-Ancelesə köçdü, burada dərs deməyə başladı. 40 yaşı haqlayan Tao 250 elmi əsərin müəllifidir.

2. Merilin Vos Savant (228)
O da İQ səviyyəsinə görə demək olar, Terens Taodan geri qalmır. Amerikanın məşhur yazıçı və jurnalisti olan Merilin Vos Savant özünü yaradıcı sahədə tapıb. O, İQ səviyyəsinə görə Ginnesin Rekordlar kitabına düşüb.

Merilin Vos Savantın jurnalist fəaliyyəti əsasən, “Parade” jurnalında “Ask Marilyn” (Merilindən soruş) rubrikasıyla yayımlanan köşə yazılarından ibarətdir. Bəzən onun cavablarını oxucular təəccüblə qarşılayır, çünki sağlam məntiqə sığmır. Bu səbəbdən, onun ağlına vurğun olanlar kimi, əleyhdarları da var. Və o adamlar Merilinin cavablarını ağlısız sayır.

3. Kristofer Hirata (225)
Çox ağıllı adamların əksəriyyətində bu, hələ uşaqlıqdan hiss olunur. Kristofer Hirata da bu mənada, istisnalardan olmayıb. Məktəb olimpiadalarının qalibi olan Kristofer 14 yaşında tələbə adını qazanıb. 16 yaşında isı NASA-da işləməyə başlayıb. Marsı araşdırmaqla məşğul olan Hirata uzaq planetlərin öyrənilməsi üçün proqramlar işləyib hazırlayıb. O, 22 yaşında astrofizika üzrə doktor dərəcəsi alıb. Enerjinin çevrilməsi, cazibə qüvvəsi kimi məsələlər onu daha çox maraqlandırır.

4. Kim Unq-Yonq (210)
Bu adam dörd yaşı olanda dörd dildə danışmağı və oxumağı bacarırmış. O, kiçik yaşlarında telekanalların birindəki verilişdə çətin riyazi misalı həll eləməklə məşhurlaşmışdı. Kim 8 yaşında NASA-nın tövsiyəsilə Kolorado universitetinə qəbul edilmişdi. Təhsilini başa vurandan sonra universitetdə qalıb işləsə də, 18 yaşında Koreyaya qayıdaraq, müəllimlik etməyə başlayıb.

5. Evangelos Katsiulis (198-205)
Psixiatriya sahəsindəki uğurlarıyla tanınan Evangelos Katsiulis öz ixtisası üzrə unikal tibbi araşdırmalar aparır. Eyni zamanda, həkim kimi də fəaliyyət göstərir. Dahilərlə bağlı tibbi araşdırmaları olan Evangelos həm də planetin ağıllı adamlarını birləşdirən bir neçə birliyin də təsisçisidir. Həkim-psixiatr həm də fəlsəfə ilə çox maraqlanırdı. Bu sahədə də uğur qazanan Katsiulis psixofarmakologiyada da doktorluq dərəcəsinə yüksəlib.

6. Kristofer Lanqan (195)
Dünyada ağırlıqqaldırma üzrə çempion kimi tanınan bu amerikalı həm də öz ağlı ilə öyünə bilər. Hərçənd, o, özünün intellektual bacarıqlarını uşaqlıqdan inkişaf etdirə bilməyib. Çünki atasını itirəndən sonra ailənin maddi çətinlikləri olub. Bu uşaqla məşğul olan olmayıb. O, elmin və idmanın bütün sirlərinə təkbaşına yiyələnib.

Kristofer bir yaşında artıq danışa bilirdi. Dörd yaşında isə sərbəst oxuyurdu. O, universitetdə oxuyanda bilik səviyyəsinə görə professorlardan geri qalmırdı.

Amma ailənin maddi ehtiyacları onu 20 yaşı olanda inttellektual mühitdən uzaqlaşmaq məcburiyyətində qoymuşdu. Şəxsi həyatında hər şey qaydasına düşəndən sonra o, yenidən rahatca elm sahəsinə qayıtdı. Onun kainatın idrak modeli nəzəriyyəsinə aid elmi işi böyük ajiotaj yaratdı.

7. Rik Rosner (192)
Yüksək intellektə malik olan Ris kino aktyoru və prodüsserdir. O, çox ağıllı olduğunun fərqinə varanda isə yetərincə yetkin yaşda idi. O, bütün ömrü boyu dünyada tanınmağa çalışıb və yalnız özünün teleşousunu yaradandan sonra nisbətən rahatlıq tapıb. Bundan sonra isə elmə daha çox vaxt ayırmağa başlayıb. Şöhrətə çatana qədər isə bir çox yerlərdə işləyib – ofisiantlıqdan, striptiz ifaçılığına qədər…

Rik məşhurlaşandan sonra da öz bədəni üzərində var gücü ilə çalışır. Hər gün məşq edir, yalnız sağlıqlı qidalar qəbul edir. On bu həyatda ən çox qorxduğu qocalıqdır.

8. Mislav Pridaveç (192)


Bu xorvatiyalı professor onu başqalarından fərqləndirən intellektindən gündəlik həyatında heç də həmişə istifadə eləmir. Məsələn, Mislav Pridaveç mobil telefonuna sim-kartı yerləşdirmək, yaxud nömrənin hesabına pul yükləmək üçün həyat yoldaşının köməyindən yararlanır. Özü isə bunları heç öyrınmək də istəmir.

İntellektual planda Mislavı ancaq kompüter oyunlarında çətin mərhələləri necə keçmək maraqlandırır. O, tapmacaların cavabını tapmağı, “Mafiya” oyununda iştirak etməyi xoşlayır.

9. Harri Kasparov (190)
Dünyanın ən ağıllı 10 adamı: Siyahıda bakılı da var

Dünyanın ən ağıllı adamlarının cəmləndiyi bu siyahıda əksəriyyətimizə bu ad tanışdır. Bakıda anadan olmuş şahmat ustası Harri Kasparov Anatoli Karpov üzərində qələbə qazanıb, çempion titulunu qazananda daha çox məşhurlaşdı. 1997-ci ildə onun süni intellektlə keçirdiyi bir neçə oyun heç-heçə başa çatıb.

Valideynlərinin hər ikisinin ağıllı adamlar olduğunu nəzərə alaraq, demək olar ki, Harri Kasparovun yüksək intellekti ona irsən keçmədir. Onun həm atası, həm də anası mühəndis olub. Hər ikisi də yaxşı şahmat oynamağı bacarırmış. Boş vaxtlarında isə çətin tapmacaların cavablarını tapmağa çalışırlarmış. Başqa sözlə, gələcəyin çempionu hələ uşaqlıqdan ağlın inkişafı üçün kifayət qədər münbit mühitdə olub.

10. Ceyms Vuds (180)


İlk onluğu qapayan Ceyms Vuds yaraşıqlı kino aktyorudur. O, 50-dən çox filmə çəkilib. Məsələn, “Seperqəhrəmanlar”, Bir dəfə Amerikada”…

Ceymsin yüksək intellektə malik olması o, universitetdə oxuduğu dövrdə üzə çıxıb. Dərslər gələcəyin “superqəhrəmanına” çox asan gəlirdi. Amma ağır xasiyyəti onun elmi mühitdə uğurlarına, daha doğrusu, bu sahədə tanınmasına mane oldu. Elm adamları onunla işləməkdən imtina edirdilər. Səbəb isə o idi ki, Ceyms onlarla tez-tez mübahisə edirdi, onların fikrilə hesablaşmırdı.bizimyol.info


Manevr.az

Hiç yorum yok:

Yorum Gönder