6 Nisan 2019 Cumartesi

“İxtiraçılar klubu”nun üzvləri yeni layihələrini təqdim ediblər

loading...
Azərbaycan Texniki Universitetində (AzTU) xüsusi texnika və texnologiya fakültəsinin tələbələri yeni layihələrinin təqdimatını keçiriblər.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, fakültənin nəzdində fəaliyyət göstərən “İxtiraçılar klubu”nun 4 üzvü - Murad Qurbanov, Fərhad Mütdəliyev, İbrahim Əbüləzizli və Sadiq Əhmədov sadə formada 3 koordinatlı CNC dəzgahlarının və "AzTU" adlandırdıqları robotun modelini layihələşdiriblər.
Tədbirdə müəllif-tələbələr CNC dəzgahlarının və "AzTU" robotunun modelini canlı görüntülərlə nümayiş etdiriblər.
Qeyd olunub ki, CNC (Rəqəmsal Proqram İdarəetməsi-Computer Numerical Control) dəzgahları kompüterdə layihələşdirilmiş məmulatların tez və keyfiyyətli şəkildə əldə olunmasına imkan verir. "AzTU" robotu isə ona verilən sualları cavablandıracaq.
AzTU-nun rektor vəzifəsini icra edən Xalıq Yahudov tələbələri uğurlu layihələrinə görə təbrik edib. O, universitet tərəfindən onlara dəstək veriləcəyini bildirib.





Hiç yorum yok:

Yorum Gönder