30 Mayıs 2019 Perşembe

İranlı məktəbli qız IQ testində rekord qırıb

loading...
        İslamazeri.com-un “ParsToday”-ə istinadən verdiyi xəbərə əsasən, iranlı məktəbli qız IQ rekordu vuraraq dahilik hüdudunu aşan səviyyədə qərarlaşıb.
        11 yaşlı Tara Şərifi Böyük Britaniyanın paytaxtı London şəhərinin “Əl-Sərbi” orta məktəbinin şagirdidir.
        O, Oksford Universitetinin Mensa cəmiyyətinin keçirdiyi test zamanı 162 bal toplayıb. Bununla da o, Albert Eynşteyn və Stiven Hokinqin rekordunu qırıb.
         Qeyd edək ki, testdəki “dahilərə” xas intellekt koeffisenti 140 balda müəyyən edilib.
11 yaşlı iranlı qız Eynşteynin IQ rekordunu qırdı

Hiç yorum yok:

Yorum Gönder