25 Temmuz 2019 Perşembe

Bacarıqlı müəllim - ictimai fəal gənc Qalib Quliyev "İlin gənc müəllimi-2019" müsabiqəsinə namizəd olan 50 müəllimdən biridir

loading...
  AzEdu.az Təhsil Portalı və “Gənc müəllim” şəbəkəsinin birgə təşkilatçılığı ilə təşkil olunan "İlin gənc müəllimi-2019" müsabiqəsinin II mərhələsi yekunlaşıb. Bu mərhələdə 50 müəllim seçilib və ictimaiyyətə elan olunub.
"İlin gənc müəllimi-2019" müsabiqənə 50 namizəd arasında Xocalı rayon Kosalar kənd tam orta məktəbin  İnformatika müəllimi Quliyev Qalib Bəyməmməd oğlu da var. Qalib Quliyevin ictimai fəaliyyəti və təhsil sayəsində gördüyü işlər haqqında məlumatı sizə çatdırırıq.
Qalib Quliyev 2015-ci ildən Xocalı rayon İcra Hakimiyyətinin mətbu orqanı olan "Xocalının səsi" qəzetinin redaktorudur. "Xocalının səsi" qəzeti kimi əhəmiyyətli qəzetə o, 29 yaşından Bəyməmmədoğlu təxəllüsü ilə rəhbərlik edir. Qalib Bəyməmmədoğlu qəzetin oxunaqlı olması üçün bütün gücü ilə çalışır. Qəzetinin səhifələrinin sayını artırmağa nail olub, sosial şəbəkələr vasitəsilə qəzetdə yer alan yazıları geniş oxucu kütləsinə çatdırır. "Xocalının səsi" qəzetinin internet ünvanı olan xocalininsesi.info saytını öz bacarığı hesabına hazırlayıb. Qalib müəllim bundan əlavə Xocalı rayon Kosalar kəndinə aid kosalar.com saytını yığıb.
2013-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Qalib Bəyməmmədoğlunun "Xocalının səsi" qəzetində, müxtəlif saytlarda və sosial şəbəkələrdə Qarabağ həqiqətləri, Xocalı soyqırımı, erməni vəhşilikləri haqqında mütəmadi yazıları işıq üzü görür.

2018-ci il dekabr ayının 20-də Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin II Qurultayında  Birliyin 23 nəfərdən ibarət idarə Heyətinin üzvü seçilib. İctimai Birlikdə fəallıq göstərir. Müxtəlif tədbirlərdə iştirak edir.
Qalib Quliyev jurnalistika sahəsində bir çox uğurlar qazanıb. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkil etdiyi müsabiqələrdə 4 dəfə III yerin, 1 dəfə I yerin qailibi olub.
"İlin gənc müəllimi-2019" müsabiqəsinə 50 namizəddən biri olan Qalib müəllim şagirdlərinə örnək müəllimdir. Onun məsuliyyətli və fəal olması "Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyasında dəfələrlə Xocalı rayon məktəbliləri üzərində qrup rəhbəri kimi iştirak etməsinə səbəbdir.
Qalib Quliyevin 2018-ci ildə əldə etdiyi nailiyyətlər aşağıdakılardır:
         Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkil etdiyi müsabiqədə “Xocalılar daim dövlətə və dövlətçiliyə sədaqət nümayiş etdirirlər” adlı yazısı ekspertlər tərəfindən I yerə layiq görülüb. Respublikanın bütün aparıcı mətbuat işçilərinin iştirak etdiyi
mükafatlandırma mərasimində Qalib Quliyev üçün hazırlanmış diplomu Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili cənab Fəttah Heydərov təqdim edib. Müsabiqənin mükafatlandırma mərasimi 26.12.2018-ci il tarixdə keçirilib. Xocalı rayon Gənclər və İdman İdarəsinin rəisi Elməddin Bağırov tərəfindən Fəxri Fərman və hədiyyə ilə təltif edilib. Fəxri Fərman 31 yanvar 2018-ci il tarixdə verilib. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının Novruz bayramı münasibətilə keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinin nəticəsinə əsasən, Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi istiqamətində hazırladığı  “Xocalı gəncliyi qürur və fəxr hissi yaşadır” adlı yazı ilə müsabiqədə III yerə və 300 manat pul mükafatına layiq görülüb. Müsabiqənin nəticəsi 16.03.2018-ci il tarixdə açıqlanıb. 2017-2018-ci tədris ilində Xocalı rayon Kosalar kənd tam orta məktəbin Təlim-tərbiyə və ictimai işlərində fərqləndiyimə görə məktəbin direktoru Rafiq Quliyev tərəfindən Fəxri Fərmanla təltif edilib. Fəxri Fərman 14.06.2018-ci il tarixdə verilib. “Ölkəmizi tanıyaq” layihəsində fəal iştirakına görə Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Nəsirli tərəfindən Fəxri Fərmanla təltif edilib. Fəxri Fərman 20 noyabr 2018-ci ildə verilib. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinin nəticəsinə əsasən, İctimai və dövlət maraqlarının müdafiəsi istiqamətində hazırladığı
        Qalib Quliyev cari ildə iyul ayınadək 8 mükafat qazanıb. “Xocalının səsi” qəzetinin 300-cü sayının çapa getməsi münasibətilə və rayonun ictimai-siyasi həyatında fəaliyyətinə görə Xocalı rayon İcra Hakimiyyəti başçısı tərəfindən Fəxri Fərmanla təltif edilib. Yanvarın 21-də “Alyans” Xüsusi Xidmət Veteranları Birliyi tərəfindən səmərəli və yaradıcı işlərinə, vətənpərvərlik təbliğatı üzrə fəaliyyətinə görə Fəxri Fərmanla, Şəhid Anaları Xeyriyyə Mərkəzi tərəfindən səmərəli və yaradıcı işlərinə görə, vətənpərvərlik təbliğatı üzrə aktiv ictimai fəaliyyətinə görə Fəxri Fərmanla mükafatlandırıb. Bununla bərabər, Xocalı rayon Gənclər və İdman İdarəsi tərəfindən ictimai-siyasi nailiyyətlərinə görə Fəxri Fərmanla, “Ölkəmizi tanlıyaq” tur-aksiyası çərçivəsində 15-18 mart tarixləri arasında Xocalı rayon məktəblilərinin mehmanxanada yüksək istirahətinin təminatında rəhbərliyə göstərdiyi köməkliyə görə qrup rəhbəri olaraq “Təşəkkürnamə” ilə təltif edilib. Mart ayında Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun təşkil etdiyi müsabiqədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi istiqamətində hazırladığı "İşğal olunmuş şəhər və rayonlarımıza və digər toponim adlarına uyğun domen adlarını almalıyıq" adlı yazısı ekspertlər tərəfindən III yerə layiq görülüb. "Qürur" Şəhid Ailələri İctimai Birliyi tərəfindən Gənc nəslin vətənpərvərlik tərbiyəsi istiqamətində verdiyi töhfələrinə, səmərəli xidməti və ictimai fəaliyyətinə görə Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Behbudov adına hazırlanmış Fəxri Fərmanla təltif edilib. İyul ayının 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Azərbaycan Milli Mətbuatının yaranmasının 144 illiyi ilə əlaqədar elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi istiqamətində hazırladığı erməni əsirliyində olmuş Rahilə Hacıyevadan aldığı müsahibə ilə qatılıb. Dəyərli ekspertlərin rəyinə əsasən III yerə layiq görülüb.
Gənc pedaqoq şagirdləri ixtiralar etməyə həvəsləndirən ixtiralar.com saytının da adminidir. Saytın layihə kimi gələcəkdə fayda verə bilməsi üçün daha da təkmilləşdirilməsinə köməklik lazımdır. İxtiralar.com saytının təhsil saytı kimi tanınması üçün dəstəyə ehtiyac var. Hazırda sayt üzərində yenilənmələr aparılır.
        Qalib müəllim həmkarlarının, təhsil işçilərinin və şagirdlərin uğurlarını mütəmadi olaraq "Xocalının səsi" qəzeti vasitəsilə işıqlandırır, onları yeni nailiyyətlər əldə etməyə həvəsləndirir. Xocalı rayon Gənclər və İdarəsi, Xocalı rayon Təhsil Şöbəsi və YAP Xocalı rayon təşkilatının Gəncə şəhəri Yeni qəsəbə-2 üzrə ərazi ilk partiya təşkilatı və ictimai birliklərlə birgə şagirdlər arasında idman yarışları və şeir müsabiqələrini təşkil edir.

Qeyd edək ki, "İlin gənc müəllimi-2019" müsabiqəsinin məqsədi motivasiya dolu həyat hekayələri olan, ilhamverən faydalı işlər görən ən yaxşı orta məktəb müəllimlərini ortaya çıxarmaq, onları tanıdaraq mükafatlandırmaqdır. Bu meyarları nəzərə alaraq bacarıqlı müəllim, ictimai gənc fəal Qalib Quliyevin bu müsabiqədə yüksək nəticə əldə edəci gözləniləndir.
Qalib müəllim istedadını göstərən amillərdən biri də onun müxtəlif mövzularda gözəl şeirlər yazmasıdır. Şair ruhlu müəllimin vətənpərvərlik ruhunda yazdığı şeirlər oxucular tərəfindən yüksək dəyərləndirilir. Gənc yazar şeirlər toplusu, həm də Xocalı soyqırımı şahidlərindən, erməni əsirliyində olmuş insanlardan aldığı müsahibələrdən ibarət kitabların redaktəsi üzərində işləyir. Onun yazdığı şeirlər tədbirlərdə söylənilir.
      Azərbaycan xəritəsi
Qanad açan qartal kimi
Azərbaycan xəritəsi!
Xəzər başa göy şal kimi
Azərbaycan xəritəsi!

Doqquz iqlim qurşağında, 
Odlu günəş işığında.
İpək yolu qovşağında,
Azərbaycan xəritəsi!

Sıralanıb Böyük Qafqaz
Gur suludur Kürlə Araz.
Sərhədi çox, miqyası az,
Azərbaycan xəritəsi!

Yad əllərlə ölçülübdür,
Zəmi kimi biçilibdir,
Parça-parça kiçilibdir
Azərbaycan xəritəsi!

Xətainin yurdu hanı?
Yadlar tutub dörd bir yanı.
Çəkib neçə şəhid qanı
Azərbaycan xəritəsi!

Xalqa dayaq duranım var,
Allahım var, Quranım var, 
Arzularda Turanım var
Azərbaycan xəritəsi!

Arzum budur zəfər olsun,
Şuşamıza səfər olsun.
Arzularım qədər olsun
Azərbaycan xərtitəsi!
        Dövlətçiliyə daim bağlı olan Qalib müəllim Yeni Azərbaycan Partiyasının üzvüdür. 2018-ci ildə keçirilən Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının seçki kampaniyası dövründə Qalib Quliyevin "Verək səsimizi haqqın səsinə" adlı şeiri müxtəlif mətbu orqanlarda çap edilmiş, həmçinin xocalıların keçirdiyi təbliğat-təşviqat mitinqində səsləndirilmişdir.
         Qalib Quliyev daim öz üzərində çalışan, yeniliklər edən müəllimdir.  O, işlədiyi kollektivdə və şagirdlər arasında sevilir. Gənc olmasına baxmayaraq, cəmiyyətdə tutduğu mövqeyə görə böyük nüfuza malikdir. İnanırıq ki, yekun nəticəyə əsasən, Qalib müəllim "İlin gənc müəllimi-2019" müsabiqəsində qaliblər sırasında olacaq. Bunu deməyə onun örnək olan ictimai fəaliyyəti əsas verir.
Uğurlar olsun, Qalib müəllim!
Nəcəf HƏSƏNOV,
Xocalı Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi


Hiç yorum yok:

Yorum Gönder