25 Temmuz 2019 Perşembe

İnformatika fənninin tədrisi keyfiyyətinin qiymətləndirilməsi meyarları müzakirə olunub

loading...
AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarında “İnformatika fənninin
tədrisi keyfiyyətinin qiymətləndirilməsi meyarları” mövzusunda məruzə təqdim edilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, dissertant Bahar İsmayılova informatika fənninin tədrisi keyfiyyətinin qiymətləndirilməsi meyarlarından danışıb. Qeyd edib ki, təhsildə keyfiyyətin faktiki vəziyyəti əvvəlcədən müəyyən olunmuş meyarlara uyğun qiymətləndirilir. Təhsildə keyfiyyəti yüksəltmək məqsədilə hər bir şagirdin dərsi mənimsəmə dərəcəsi qiymətləndirilməli, qiymətlərin aşağı olma səbəbləri aydınlaşdırılmalı və aradan qaldırılmalıdır. Təhsilin keyfiyyətinə təsir edən ən mühüm amillərdən biri də müəllim tərəfindən təlim metodunun düzgün seçilməsidir. Məruzəçi oyun xarakterli dərslər (viktorina, krossvord həlli və s.) vasitəsilə şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi məsələləri ilə bağlı araşdırmanın nəticələrindən də danışıb.

Sonra məruzə ilə bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Hiç yorum yok:

Yorum Gönder