31 Temmuz 2019 Çarşamba

Yeni sensor nitq qabiliyyətini itirmiş insanlara danışmaqda kömək edəcək

loading...
Çinin Sinxua Universitetinin alimləri nitqi sintez edən qurğunun prototipini hazırlayıblar. “WAGT” adlı qadcet larinqofon texnologiyasını təkrarlayır, lakin burada qabaqcıl mikroelektronika tətbiq olunur.
AZƏRTAC techcult.ru saytına istinadla xəbər verir ki, qurğunun iş prinsipi larinqofonda olduğu kimidir. Qrafen örtük danışıq zamanı dərinin titrəməsinin təsiri altında əyilir ki, bu da mikrokontrollerlə təsbit edilir. İnsan, hətta səsini çıxara bilmirsə, onun nitq aparatı yenə də hərəkət edir. Qadcetin elektron bloku da məhz bu hərəkətləri tutur və deşifrə edir. Alınan siqnal əmrlərə çevrilir və sintez edən qurğu lazımi səsləri yaradır.
Prototip hələlik yalnız “salam, bəli və xeyr” kimi ən sadə sözləri tanıya bilir. Hazırda alimlər qurğunun təkmilləşdirilməsi üzərində çalışırlar.

Hiç yorum yok:

Yorum Gönder