12 Kasım 2019 Salı

Qarabağ Azərbaycandır! adlı bilik yarışının qalibləri mükafatlandırılıb

loading...
        Azərbaycan Texnologiya Universiteti və Gəncə Intellectual School-un təşkilatçılığı ilə şagirdlər üçün təşkil olunmuş “Qarabağ Azərbaycandır!” adlı bilik yarışının qalibləri mükafatlandırılıb. Bu münasibətlə ilk onluğa düşən şagirdlərin valideyn və müəllimləri UTECA-ya toplaşıb.
        UTECA-nın rektoru, professor Akif Süleymanov qalibləri təbrik edərək onlara dərslərində müvəfəqiyyətlər arzulayıb. Gələcəkdə ali təhsil almağı, düzgün analiz apararaq istədikləri peşəyə yiyələnməyi tövsiyə edib.
        Layihə rəhbəri Teymur Əliyev çıxışında bildirib ki, yarışı keçirməkdə əsas məqsəd dövlətçilik ənənələrinə və eyni zamanda  Ümummilli lider Heydər Əliyev idealoyasına sadiq gənclər yetişdirməkdir.
        Bilik yarışı Prezident İllham Əliyevin Soçidəki tarixi çıxışına istinadən həsr edilmişdir. 568 şagirdin iştirak etdiyi intellektual yarışın qaliblərinə müxtəlif hədiyyələr, diplomlar, valideynlərinə isə təşəkkürnamələr verilmişdir.







Hiç yorum yok:

Yorum Gönderme