15 Mart 2020 Pazar

Ağıllı eynəklər smartfonları əvəz edəcək mi?

loading...
Simsiz rabitənin inkişafı və tədqiqi üzrə Amerika şirkətinin prezidenti Kristiano Amon yaxın gələcəkdə insanların gündəlik həyatlarında mühüm yer tutan smartfonların keçmişdə qalacağını qeyd edib.
Hazırda ən böyük texnologiya şirkətləri mümkün qədər rahat və işlək olan real cihazlar üzərində çalışırlar.
Yeni qurğu "ağıllı" eynəklərin bir növü olacaq. 5G kommersiya şəbəkələri bu eynəklərin inkişafına təkan verəcək. Nəticədə bu qurğular insanlar arasında ünsiyyət üçün əsas vasitəyə çevrilərək smartfonlarla əlaqəli olan digər funksiyaları yerinə yetirəcək. Çox güman ki, bu cihaz virtual reallıq dəbilqələrini də əvəz edəcək.
AR və VR eynəkləri ölçülərinə görə çox böyük olmayacağına görə onlardan istifadə etmək adi eynəklərlə müqayisədə daha sadə olacaq.
Ümumiyyətlə, smartfonları əvəz edən "ağıllı" eynəklər istifadəçilər qarşısında yeni imkanlar açacaq.
Milli.Az

Hiç yorum yok:

Yorum Gönderme