12 Mart 2020 Perşembe

Fiziklər yeni hissəciklər sürətləndiricisinin yaradılması sahəsində inqilab ediblər

loading...

20 illik tədqiqatlar nəticəsində yüzlərlə alimdən ibarət beynəlxalq komanda ilk dəfə myuonların (saniyənin iki milyonda biri qədər mövcud olan, daimi olmayan elementar zərrəciklər) ionlaşdırılmış soyudulmasını müvəffəqiyyətlə nümayiş etdiriblər.

“Bu nailiyyət xüsusilə əhəmiyyətlidir və o, Böyük Adron Kollayderini əvəz edəcək lepton kollayderinin hazırlanması paradiqmasını dəyişdirə bilər”, – professor Mozes Çun deyib.

hightech.plus saytının məlumatına görə, kəşf bütün dünya üzrə bir çox alimlərin səylərini birləşdirdiyi MICE yüksək enerjilər fizikası sınaqları çərçivəsində baş tutub. Tədqiqatçılar myuon sürətləndiricilərin qurulmasına gedən yolda mühüm məsələlərdən birini həll edərək, myuonların ionlaşdırılmış soyudulmasına nail olublar.

Böyük Adron Kollayderini əvəz edəcək yeni myuon sürətləndiricisi fundamental səviyyədə materiyanın nədən ibarət olduğunu anlamağa imkan verəcək.

Hiç yorum yok:

Yorum Gönderme