30 Nisan 2020 Perşembe

Mikroorqanizmlərin Marsda yaşaya biləcəyi sübut olundu

loading...
Mikroblar həm Mars, həm də Venera planetində yaşaya bilər.

Rusiyada elm adamları mikrobların digər planetlərdə, əsasən də Mars və Venera da yaşaya bildiklərini sübut ediblər.

Milli.Az ted.az-a istinadən bildirir ki, mikroorqanizmlərin digər planetlərdə yaşamasını sübut etmək üçün alimlər aşağı temperatur və təzyiq şəraitində quru torpağın mikromisetlərinə radiasiyanın təsirini təhlil ediblər.

Nəticədə məlum olub ki, radiasiyanın təsiri mikroorqanizmlərin ölümünə səbəb olmur.

Təcrübə çərçivəsində rus mütəxəssislər Arktikada toplanan mikroorqanizmlərin radiasiya təsiri altında yaşamaq qabiliyyətini, həmçinin Mars üçün xarakterik olan mənfi 50 dərəcə temperaturu araşdırıblar. Bu zaman məlum olub ki, Marsın simulyasiya edilmiş şəraitində bakteriyalara ciddi ziyan dəyməyib.

Milli.Az

Hiç yorum yok:

Yorum Gönderme