30 Nisan 2020 Perşembe

Qədim Misir məbədində gözə görünməyən sənət əsərləri TAPILDI - FOTO

loading...

Arxeoloqlar Misirin Karnak şəhərciyindəki Osiris məbədində gizli polixromiya aşkarlayıblar.

Belə ki, məbədin divarlarında qədim dövrlərdə sənət əsərləri yaratmaq, memarlıq elementləri və heykəlləri bəzəmək üçün istifadə olunan boya qatı aşkar olunub.

Tədqiqatçılar Misir tanrısı Osirisə həsr olunmuş və eramızdan əvvəl VII əsrdə, firon Taharkanın hakimiyyəti dövründə inşa edilən məbəd kompleksini araşdırıblar.

Qədim Misir məbədində gözə görünməyən sənət əsərləri TAPILDI - FOTOAlimlər ultrabənövşəyi flüoresan foto, infraqırmızı reflektoqrafiya kimi müxtəlif üsullardan istifadə edərək adi gözlə görünməyən mavi boyaları görə biliblər.

Bina iki qonşu otaqdan ibarətdir, onlardan birində dirilər aləmi, digərində ölülər aləmi təsvir olunub.
Mənbə: sonxeber.az



Hiç yorum yok:

Yorum Gönderme