30 Nisan 2020 Perşembe

WhatsApp-ın koronavirusa qadağa tətbiqi işə yaradı: 70% azaldı

loading...
Feysbukun mesajlaşma tətbiqi WhatsApp-ın koronavirusun yayılmasından sonra
platformaya inteqrasiya etdiyi xüsusiyyəti qısa müddət ərzində öz nəticəsini verdi. Saxta xəbərlərə qarşı mübarizə çərçivəsində ÜST və digər səhiyyə qurumları ilə işləyən şirkət, sosial mediada yayımlanan yalan məlumatların qarşısını almaq üçün yönləndirilən mesajların sayını məhdudlaşdırdı.
Milli.Az ted.az-a istinadən bildirir ki, WhatsAppın bu addımı işə yarayıb.
Çünki məhdudiyyətdən sonra ötürülən viral mesajların sayı 70 faiz azalıb.
Milli.Az

Hiç yorum yok:

Yorum Gönderme