19 Mayıs 2020 Salı

Alimlərdən korona ilə bağlı növbəti tədqiqat

loading...

Koronavirusa yoluxanlarda virusa qarşı davamlı immunitet üçün antitel əmələ gəlmir.

Axar.az xəbər verir ki, Çin alimləri xəstələr üzərində apardıqları tədqiqatın sonunda 7-9% pasiyentlərdə koronavirusa qarşı immunitet yaranmadığı qənaətinə gəliblər.

Bu barədə danışan Meyson Biologiya Universitetinin professoru Ança Baranova bunları söyləyib:

"Xəstələr öz zülalları sayəsində koronavirusla mübarizə aparır. 171 nəfər koronaviruslu xəstə sağalandan dərhal sonra antitel testi aparılıb. Onların 12-sinin heç bir antitel aşkarlanmayıb. Yəni 8% xəstə virusdan antitel hesabına yox, interferon cavab ilə yaxa qurtarıb”.

Bu o deməkdir ki, orqanizm antitel hasil edə bilməyib və ya gücü çatmayıb.

Hiç yorum yok:

Yorum Gönderme