8 Haziran 2020 Pazartesi

Selen COVID-19-un müalicəsi zamanı faydalı ola bilər

loading...

AMEA-nın Biofizika İnstitutunun əməkdaşları – biologiya elmləri doktoru Tokay Hüseynov və biologiya üzrə fəlsəfə doktoru R.Quliyeva ətraf mühit amillərindən birinin (Selenium statusu) COVID-19 genomunun bir hissəsi olan İİV/AIDS-in inkişafına və patogenliyinə təsiri barədə mövcud tədqiqatlar əsasında araşdırma aparıblar.

Biofizika İnstitutundan AZƏRTAC-a bildirilib ki, aparılan çoxsaylı tədqiqatların nəticələrinə görə, kimyəvi elementlərdən biri olan selenin (Se) insan qidasında çatışmazlığı, dövrümüzdə ən çox yayılan virus xəstəliklərinin inkişafına səbəb ola bilər.

Hantavirus kimi təhlükəli virus xəstəlikləri, ürək-damar sisteminə ciddi zərər vuran, quş qripi və Ebola tipli digər viruslar COVID-19-a bənzər simptomlara malikdir. Ürək əzələsinin zədələnməsi, diabet xəstələri üçün təhlükə hesab edilən qanın sistematik hiperkoaqulyasiyası, həmçinin qəfil tənəffüs dayanmasına səbəb olan trombositlərin sıxılması xüsusilə təhlükəlidir. Bütün hallarda xəstələrin orqanizmində selenin çatışmazlığı müşahidə olunur. Araşdırmalar zamanı müəyyən edilib ki, belə hallarda selenin dərman kimi istifadə edilməsi xəstələrin vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına, hətta tam sağalmasına səbəb olub.

İİV/QIÇS infeksiyasının mənfi təsirinə ən çox məruz qalan ölkələrdə isə (Cənubi Qərbi Afrika), yoluxmanın İİV vəziyyətindən QİÇS vəziyyətinə keçməsinin qarşısını alan ən əhəmiyyətli dərmanlardan biri məhz selen olub.

Aparılan tədqiqatlar göstərib ki,

COVID-19 üzrə ölüm hallarının əsas səbəbini ürəyin və ürək-damar sisteminin zədələnməsi təşkil edir. Ölüm hallarının 50 faizdən çoxu miokardın zədələnməsi, hipoksiya və ya asfiksiya ilə nəticələnən qanın sistemli qlobal laxtalanması ilə əlaqədardır. Bu sahədə aparılan tədqiqat işlərinin analizi əsasında belə nəticəyə gəlmək olar ki, “H1N1” qripinin yayıldığı dövrdə qanda selenin miqdarı və “qlütationperoksidaza” fəallığı normal səviyyədə olan pasiyentlər bu xəstəliyi daha yüngül formada keçirib. Aparılan model təcrübələri (siçanlar üzərində təcrübələr) zamanı analoji nəticələr əldə olunub, selen qəbul edən siçanlarda ölüm halları digərlərindən 3 dəfə az müşahidə olunub. Sonradan А(H3N2) qrip virusu üçün də eyni nəticələr əldə edilib. Çində aparılan son epidemioloji tədqiqatlar göstərir ki, saçda olan selenin miqdarı ilə sağalma arasında aşkar korrelyativ əlaqə mövcuddur. Selen statusunun aşağı olduğu hallarla müqayisədə, sağalmanın 3 dəfə artması müşahidə edilir. Bu zaman xəstəliyin gedişatının yumşalması ən vacib göstərici hesab olunur.

Hazırda selenin (natrium selenit) COVID-19 virusundan müdafiəsinin bir neçə mümkün mexanizmi mövcuddur.

Müəyyən olunub ki, COVID-19 virusuna yoluxma zamanı NF-kB faktorunun ─ nüvə kappının fəallaşması baş verir, bu da apoptozun inkişafını şərtləndirir, halbuki selen NF-kB faktorunun fəallığını ingibirləşdirən vasitələrdən biridir. Bu, eyni zamanda, COVID-19 virusuna yoluxmuş siçanlar üzərində aparılan təcrübələrdə müşahidə olunub.

COVID-19 virusunun faciəvi nəticələri əsasən qan laxtalanması ilə əlaqəlidir, natrium selenit isə tromboksanın əmələ gəlməsini ingibirləşdirən, tromb yaranması əleyhinə olan xassəyə malikdir. Müəyyən edilib ki, COVID-19 virusuna yoluxma zamanı insultun inkişafı ilə birbaşa əlaqəli olan trombopeniya baş verir. Bütün bunlar isə onu deməyə əsas verir ki, COVID-19 virusuna qarşı həssaslıq və onun fəsadları orqanizmin selenlə təmin olunma dərəcəsindən ciddi şəkildə asılıdır. Natrium selenitin özü isə bu xəstəliyin müalicəsi zamanı faydalı ola bilər.

Hiç yorum yok:

Yorum Gönderme