Yeni ixtiralar

loading...
                             
  Azərbaycanlı alimlər yeni ixtira ediblər.
Onlar dəniz suyunu yanacağa çevirən cihaz icad ediblər. Bu cihaz vasitəsilə alınan yanacaq təbii qazdan dəfələrlə ucuz başa gəlir. Üstəlik, ekoloji cəhətdən də daha təmizdir.

     Dünyada alternativ enerjinin aktual olduğu bir dövrdə azərbaycanlı elm adamları dəniz suyunu məişət yanacağına çevirən cihaz ixtira ediblər.

     İxtiranın müəllifləri, Mürvət Qəribov və Yusif Abdullayev deyirlər ki, 10 ildir bu ideya üzərində işləyiblər son üç illərini isə cihazın ərsəyə gəlməsinə sərf ediblər. Beləcə dünya praktikasında ilk dəfə dəniz suyundan yanacaq alınıb.

     Hazırlanan bu qurğudan istifadə olunmaqla alınan məişət qazı təbii qazdan 50 dəfə təmiz olur. İxtiranın ən böyük üstünlüyü ondan ibarətdir ki, xammalın tapılması ilə bağlı heç bir problem yoxdur. Təbii ki, duzlu su hövzəsində olan ölkələr üçün.
     Maraqlısı budur ki, cihaz cəmi 5 min dollara başa gəlib. Qeyd edək ki, ixtira tam təsdiqlənib və patentə verilib. İndi isə müxtəlif ölkələrdə bu ixtiranın təkmilləşdirilib avtomobillərə tətbiqi üzərində iş gedir.

Hiç yorum yok:

Yorum Gönder